AMB: Depozit hərracı arsenalımızda olan vacib alətlərdən biridir

AMB: Depozit hərracı arsenalımızda olan vacib alətlərdən biridir
# 04 avqust 2016 12:33 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Mərkəzi Bank (AMB) bankların dollara olan tələbatını tam ödəyə bilmir. "APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Agentliyə açıqlama verən iqtisadçı Samir Əliyev bildirib ki, ARDNF həftədə iki dəfə AMB-nin keçirdiyi valyuta hərracında iştirak edir: "Mərkəzi Bank bu yolla manat qıtlığı yaratmaq istəyir. Banklar isə biznes mühitini kreditləşdirmək əvəzinə, manat vəsaitlərini depozit şəklində Mərkəzi Bankda yerləşdirir".

Agentlik yazır ki, ötən il baş verən devalvasiya nəticəsində AMB-nin valyuta ehtiyatlarının 2/3-i ərisə də, bu, xarici valyutaya olan tələbatı azaltmayıb.

AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev "Bloomberg"ə açıqlamasında bildirib ki, tənzimləyici bazarda qiymət stabilliyini qorumaq üçün bütün zəruri addımları atır: "Depozit hərracı bizim arsenalımızda olan ən vacib alətlərdən biridir".

Agentlik əlavə edir ki, manat II rüb ərzində dollara qarşı 3,7% ucuzlaşıb: "Bu gün manatın daha 0,2% ucuzlaşması gözlənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR