Bakıda avtomobil piyadanı vurduqdan sonra yük maşınına çırpılıb, ölənlər var

Bakıda avtomobil piyadanı vurduqdan sonra yük maşınına çırpılıb, ölənlər var
# 17 sentyabr 2016 08:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gecə Xəzər rayonu ərazisində, Qala yolunda qeydə alınıb. Bakı şəhər sakini Kamal Nəzərov idarə etdiyi “Reno” markalı maşınla yolu keçən piyada, 1958-ci il təvəllüdlü Mübadə Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib.

K. Nəzərov daha sonra idarəetməni itirərək qarşıdan gələn “İveko” markalı maşına çırpılıb. Nəticədə “Reno”-da olan sərnişin, 1971-ci il təvəllüdlü Şəfayət Cəfərov aldığı xəsarətdən dünyasını dəyişib.

K. Nəzərov özü xəstəxanaya yerlədirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR