Avstriyada ikinci tur prezident seçkilərinin iştirakçıları müəyyənləşib

Avstriyada ikinci tur prezident seçkilərinin iştirakçıları müəyyənləşib
# 24 aprel 2016 20:25 (UTC +04:00)

Bakı-APA. Avstriyada ikinci tur prezident seçkilərinin iştirakçıları müəyyənləşib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçkilərin ilk turunda səslərin 73 faizi hesablanıb .

İrəlidə 36,34% səs toplayan sağçı Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer gedir. Ikinci yerdə “yaşıllar” Partiyasının sabiq sədri, müstəqil namizəd Aleksandr Van der Bellen qərarlaşıb (20 %).

Seçkilərin ikinci turu mayın 22-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR