Taliblər həbsxanaya hücum edərək yüzlərlə məhbusu azadlığa buraxıblar

Taliblər həbsxanaya hücum edərək yüzlərlə məhbusu azadlığa buraxıblar
# 14 sentyabr 2015 12:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Taliban qruplaşması Əfqanıstanın Qaznə şəhərindəki həbsxanaya hücum edərək yüzlərlə məhbusu azadlığa buraxıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Qaznə əyalət qubernatorunun müavini Məhəmməd Əli Əhmədi hücum nəticəsində 4 mühafizəçinin öldüyünü, 7-nin yaralandığını bildirib. Aralarında 150 talibin də olduğu 352 məhbus qaçıb.

Öz növbəsində Taliban hərəkatının nümayəndəsi Zəbiulla Mucahid hücumda 3 terrorçu kamikadzenin iştirak etdiyini deyib. Onun sözlərinə görə, aralarında əfqan silahlıları və mühafizəçilər olan 40 nəfər öldürülüb, 400 məhbus isə azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR