Qayınatasını öldürən şəxsin məhkəməsi başlayıb

Qayınatasını öldürən şəxsin məhkəməsi başlayıb
# 25 yanvar 2016 12:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasına xəsarət yetirməkdə təqsirləndirilən Şamil Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 28-nə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl həyat yoldaşından ayrılan Şamil Abdulla oğlu Əhmədov onunla barışmaq üçün yaşadığı ünvana gəlib.

Ş. Əhmədov keçmiş həyat yoldaşı Təranə Hüseynovanı zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb və ər keçmiş həyat yoldaşını döyüb. Bunu görən T. Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş. Əhmədov onu da vurub. Nəticədə kəllə-beyin travması alan T. Hüseynov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Ş. Əhmədov Cinayət Məcəlləsinin 126.3 - cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR