Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb
# 18 avqust 2016 07:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 17-də olduğu kimi 1,6164 manat səviyyəsində qalıb.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,33% möhkəmlənərək 1,8272 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən gün olduğu kimi 0,0253 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,51% möhkəmlənərək 0,5536 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1099 manatdır. Beləliklə, funt sterlinq 0,21%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,26% artaraq 0,6967 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR