Əflatun Amaşov Milli Məclisdə mətbuatın fəaliyyəti barədə tənqidlərə münasibət bildirib

Əflatun Amaşov Milli Məclisdə mətbuatın fəaliyyəti barədə tənqidlərə münasibət bildirib
# 15 aprel 2016 11:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə bəzi mətbuat orqanlarına qarşı yönələn tənqidlərə münasibət bildirib.

APA-nın məlumatına görə, Ə. Amaşov bildirib ki, Dağlıq Qarabağda 4 günlük hərbi əməliyyatlar dövründə Azərbaycan mətbuatı bütövlükdə normal fəaliyyət göstərib: “Lakin təəssüf ki, bəzi hallarda bəzi mətbuat orqanları baş verən olaylara kiçik prizmadan yanaşdı”.

Ə. Amaşov mətbuatda Milli Məclis üzvlərinin fəaliyyəti ilə bağlı yazılara da münasibət bildirib: “Milli Məclislə bağlı yazılar kifayət qədər qərəzli və qeyri-obyektivdir. Mən Mətbuat Şurasının sədri kimi bu məsələni qınayıram. Çalışmalıyıq ki, nəinki Milli Məclis, heç bir qurum barədə neqativ, qərəzli məlumat getməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR