Moskvaya güclü qar yağıb, yollarda böyük tıxaclar yaranıb

Moskvaya güclü qar yağıb, yollarda böyük tıxaclar yaranıb
# 13 yanvar 2016 09:30 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yanvarın 12-dən etibarən intensiv yağmağa başlayan qarın hündürlüyü 25 santimetrə çatıb.

Hidrometeoroloqlar gün ərzində Moskvaya yarım aylıq norma qar yağdığını bildiriblər.

Güclü qar yanvarın 13-dən paytaxt yollarında uzunluğu on kilometrlərlə ölçülən tıxacların yaranmasına səbəb olub.


Paytaxtda hazırda havanın temperaturu -1-3 dərəcə təşkil edir. Axşama doğru -5-6, gecə saatlarında isə -7-11 dərəcə şaxta olacağı gözlənilir.

Moskvada avtomobil yolları 24 saat ərzində müntəzəm olaraq qardan təmizlənir. Bu işə 15 min texnika və 39 min nəfər canlı qüvvə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR