Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına maraq artır

Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına maraq artır
# 23 fevral 2016 09:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar ayında sığorta növləri arasında ən ciddi artım yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu növ sığortadan toplanan sığorta haqqı 81,3 dəfə artaraq 16,4 min manat təşkil edib. Bundan başqa, həyatın ölüm halından sığortasında yığım 3,7 dəfə artaraq 5,9 mln. manat, su nəqliyyatı vasitələrinin sığortasında yığım isə 3,4 dəfə artaraq 482 min manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 12,1% artaraq 4,5 mln. manat, tibbi sığortada 38,3% artaraq 36,9 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasında 69,4% artaraq 188 min manat, daşınmaz əmlakın icbari sığortasında 37,8% artaraq 5,7 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 10% artaraq 54 min manat təşkil edib.

Ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə sağalmaz xəstəliklərdən sığortada, dəmir yolu nəqliyyatı vasitələrinin sığortasında, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasında və ipoteka sığortasında qeydə alınıb. Bu növ sığortalardan daxilolmaların məbləği 100% azalıb. Bundan başqa, kreditlərin sığortasında yığım 99,9% azalaraq 50 min manat, işçilərin dələduzluğu sığortasında isə yığım 83,8% azalaraq 36 min manat olub.

Sığorta haqlarının məbləği fərdi qəza və xəstəlik sığortasında 73,8% azalaraq 316 min manat, səfər sığortasında 13,1% azalaraq 103 min manat, əmlakın yanğından və digər risklərdən sığortasında 34,1% azalaraq 2,7 mln. manat, kasko sığortasında 45,2% azalaraq 1,7 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 17,1% azalaraq 2,1 mln. manat, avtomobillərin icbari sığortasında 6,6% azalaraq 4,7 mln. manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 39% azalaraq 6 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR