Ehud Barak: “Dağlıq Qarabağ münaqişəsinin ədalətli və vicdanlı həllini dəstəkləyirəm”

Ehud Barak: “Dağlıq Qarabağ münaqişəsinin ədalətli və vicdanlı həllini dəstəkləyirəm”
# 10 mart 2016 10:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bu qədər lideri bir araya toplamaq multikulturalizm və insanların bir-birini anlaması sahəsində böyük addımdır”.

APA-nın məlumatına görə, bunu İsrailin keçmiş baş naziri Ehud Barak jurnalistlərə deyib ki, Azərbaycan hər il irəliyə doğru daha böyük addımlar atır: “Tədbir iştirakçıları ölkənizdəki inkişafı yüksək qiymətləndirirlər. Azərbaycan tam tolerant ölkədir. Həmçinin, biri istisna olmaqla, qonşuları ilə balanslı münasibət saxlayır. Bu, bir daha onu göstərir ki, bütün qonşu ölkələrin sülh və əməkdaşlıq münasibətlərində olması üçün böyük səylər göstərilməlidir”.

E. Barak Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da danışıb: “Mən ədalətli və vicdanlı həlli dəstəkləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR