Gədəbəydə ev yanıb

Gədəbəydə ev yanıb
# 25 mart 2016 09:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gədəbəy rayonunda ev yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün rayonun Yenikənd kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR