Masallıda qadın dələduzluq yolu ilə 3 min manatlıq qızıl-zinət əşyası mənimsəyib

Masallıda qadın dələduzluq yolu ilə 3 min manatlıq qızıl-zinət əşyası mənimsəyib
# 30 avqust 2016 08:00 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda dələduzluqla məşğul olan şəxs yaxalanıb.

Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, şəhərin Heydər Əliyev prospekti, mənzil 3-də yaşayan Tünzalə Yusif qızı Alışova şikayət ərizəsi ilə polisə müraciət edərək naməlum şəxsin onu aldatdığını, etibarından sui-istifadə etməklə 3 min manat dəyərində qızıl-zinət əşyalarını mənimsədiyini bildirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq faktının Bərdə rayon sakini, 36 yaşlı Rəsilə Abdullayeva tərəfindən törədildiyi müəyyənləşdirilib. R.Abdullayeva şübhəli şəxs qismində yaxaanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Masalı RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR