Bakıda qardaşını öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda qardaşını öldürən şəxsin məhkəməsi başlayıb
# 18 iyul 2016 12:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elxan Həbibovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahidlər ifadə verib.

Təqsirləndirilən E. Həbibov bildirib ki, qardaşı ilə münasibətləri əvvəllər də pis olub, qardaşı onu təhqir edib: "Mən işləmirdim deyə qardaşım həmişə mənə acı sözlər deyirdi. Bir gün artıq dözə bilmədim və onu qətlə yetirdim. Əməlimdən peşmanam".

Qətlə yetirilən Əbülfət Həbibovun həyat yoldaşı İradə Həbibova bildirib ki, E. Həbibov mərhumu doğrayıb və başını kəsmək istəyib: "Həmişə bizi hədələyirdi ki, sizi doğrayacağam. Mən istəyirəm ki, ona aşağısı 20 il həbs cəzası verilsin. Əvvəl onu ruhi xəstə kimi dispanserə göndərmişdilər. Ancaq ordan qaçıb".

Proses iyulun 21-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş E. Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR