"Bakcell" "Komtec" şirkəti ilə birlikdə "Bonus dəqiqələri" kampaniyasına start verib

"Bakcell" "Komtec" şirkəti ilə birlikdə "Bonus dəqiqələri" kampaniyasına start verib
# 24 fevral 2016 10:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Bakcell" şirkəti "MilliÖN" ödəmə terminalları şəbəkəsinin sahibi "Komtec" şirkəti ilə birlikdə "Bonus dəqiqələri" kampaniyasına start verib.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu yeni kampaniyanın keçirilməsində məqsəd “Bakcell” abunəçilərinə daha yaxşı xidmət göstərmək, onların məmnuniyyətini qazanmaq və sərf etdikləri məbləğin əvəzində daha çox dəyər əldə etmələrini təmin etməkdir.

“MilliÖN” ödəmə terminalları vasitəsilə öz nömrələrinin balansına minimum 5 manat vəsait yükləyən əvvəlcədən ödəmə sistemində olan (prepaid) “Bakcell” abunəçilərinə 5 dəqiqə bonus təqdim edilir. Bonus dəqiqələri ödəmə terminalında ödəniş həyata keçirildikdən dərhal sonra avtomatik olaraq abunəçinin balansına yüklənir.

Bonus dəqiqələri yalnız şəbəkədaxili zənglər üçün istifadə oluna bilər. Bonus dəqiqələri abunəçinin balansına yükləndikdən sonra 3 gün ərzində etibarlıdır.

“Bakcell” öz abunəçilərini alternativ ödəmə üsullarından istifadə etməyə və həyata keçirdiyi müxtəlif kampaniyalardan faydalanmağa həvəsləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR