Tərtərdə iki avtomobil toqquşub: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Tərtərdə iki avtomobil toqquşub: 2 nəfər ölüb, 4 nəfər yaralanıb
# 20 fevral 2016 15:07 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Bərdə-Tərtər yolunun Tərtərin Sarıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Onlar VAZ-ın sürücüsü 1983-cü il təvəllüdlü Hüseynov Tehran Həsən oğlu və “Mercedes”də olan sərnişin Rəfiqə Kazımovadır.

Qəza nəticəsində həmçinin Abşeron rayon sakinləri - 1974-cü iç təvəllüdlü Qurbanov Nofəl Səttar oğlu və onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Mənsurə Kazım qızı, Tərtər rayon sakinləri - 2000-ci il təvəllüdlü Baxşalıyev Elşən Qardaşxan oğlu və 1970-ci il təvəllüdlü Kazımov İsa Sabir oğlu xəsarət alıblar. Onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR