İsmayıllıda ev yanıb

İsmayıllıda ev yanıb
# 23 fevral 2016 15:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İsmayıllıda yaşayış evi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Ruşan kəndində (rayon mərkəzindən 18 km aralı) qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı, çardağı 3 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR