DİN: “Sədərək” Ticarət Mərkəzində baş verən yanğında iki nəfər xəsarət alıb

DİN: “Sədərək” Ticarət Mərkəzində baş verən yanğında iki nəfər xəsarət alıb
# 26 sentyabr 2016 10:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) “Sədərək” Ticarət Mərkəzində baş verin yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 24-də saat 09 radələrində Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində qısa qapanmadan yanğın baş verib. Nəticədə oradakı 3 mağazanın 38,5. kvm. sahəsi və oradakı əşyalar, habelə ticarət mərkəzinin 357 kvm. dam örtüyü yanıb. Yanğın zamanı orada mülki mühafizəçi işləyənlər - Bakı şəhər sakini Azər Sadıqov və Sumqayıt şəhər sakini Rafiq Məhərrəmov müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR