Azərbaycan əhalisi yanvarda ərzaq məhsullarına 1,1 mlrd. manatdan çox vəsait xərcləyib

Azərbaycan əhalisi yanvarda ərzaq məhsullarına 1,1 mlrd. manatdan çox vəsait xərcləyib
# 19 fevral 2016 09:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 2 mlrd. 243,2 mln. manatlıq və ya 2015-ci ilin eyni ayı ilə müqayisədə 4,3% çox məhsul satılıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 4,1% artaraq 1 mlrd. 124,8 mln. manata, qeyri-ərzaq məhsulları üzrə isə 5,2% artaraq 1 mlrd. 118,4 mln. manata bərabər olub.

Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i elektrik malları və mebelin, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR