Kürd silahlı birləşmələri Hələbdəki mövqelərindən geri çəkiliblər

Kürd silahlı birləşmələri Hələbdəki mövqelərindən geri çəkiliblər
# 05 iyun 2016 00:20 (UTC +04:00)

Bakı-APA. Kürd silahlı birləşmələri Suriyanın Hələb şəhərinin Şeyx Maqsud məhəlləsindəki mövqelərindən geri çəkiliblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, geri çəkilməyə səbəb silahlıların endirdiyi güclü zərbələr, habelə “Cəbhə ən-Nüsrə” və “Əhrar əş-Şam” qruplaşmalarının silsilə həmlələri olub.

Qeyd edək ki, ötən gün Hələbin şimalında 2 minədək silahlının iştirakı ilə geniş miqyaslı döyüş baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR