Rusiya XİN: Con Brennanın səfərinin Rusiya hərbi kontingentinin Suriyadan çıxarılması ilə heç bir əlaqəsi yoxdur

Rusiya XİN: Con Brennanın səfərinin Rusiya hərbi kontingentinin Suriyadan çıxarılması ilə heç bir əlaqəsi yoxdur
# 28 mart 2016 13:23 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennanın martın əvvəlində Moskvaya səfərinin Rusiya hərbi kontingentinin Suriyadan çıxarılması ilə heç bir əlaqəsi yoxdur".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sırmolotov bildirib.

"Brennanın burada olması gizlədilməyib. Lakin o, Rusiya Xarici İşlər Nazirliyində olmayıb. Dəqiq bilirəm ki, o, Federal Təhlükəsizlik Xidmətində və hansısa başqa qurumda olub. Brennanın Moskvaya səfəri ilə Rusiya hərbi kontingentinin böyük bir hissəsinin Suriyadan çıxarılması haqqında qərarın heç bir əlaqəsi yoxdur. Bunlar tamamilə ayrı-ayrı məsələlərdir", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR