"PAŞA Bank" I rübü 37 mln. manata yaxın mənfəətlə başa vurub

"PAŞA Bank" I rübü 37 mln. manata yaxın mənfəətlə başa vurub
# 21 aprel 2016 13:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Paşa Bank” ASC-nin aktivlərinin həcmi 2016-cı ilin I rübünə 1 963,387 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42,1% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,09% artaraq 703,917 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 18,55% artaraq 99,931 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 67,36% artaraq 1 mlrd. 162,179 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 248,552 mln. manata bərabər olub ki, bu da illik müqayisədə təxminən 25,5% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 18% artaraq 391,983 mln. manata çatıb, nizamnamə kapitalı dəyişməyərək 333 mln. manat təşkil edib.

Bankın gəlirləri cari ilin üç ayında 52,256 mln. manata, xərcləri isə 17,979 mln. manata bərabər olub.

Bank 2016-cı ilin I rübünü 36,905 mln. manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR