Bakıda ər-arvad dəm qazından zəhərlənib, onlardan biri ölüb

Bakıda ər-arvad dəm qazından zəhərlənib, onlardan biri ölüb
# 04 fevral 2016 07:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda dəm qazı daha bir nəfərin ölümünə səbəb olub.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun M. Rüstəmov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Rəşad Aydın oğlu Əliyev və onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Səbinə Ramiz qızı Sübhani yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar təcilli olaraq xəstəxanaya çatdırılsalar da, R. Əliyevi xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. S. Sübhaninin vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR