Ağcabədi sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb

Ağcabədi sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb
# 30 sentyabr 2015 09:50 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Şahmar Atakişiyevdən 6,7 qram marixuana götürülüb. Ona məxsus qaraja baxış zamanı isə əlavə olaraq 1 kiloqram marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR