Göyçayda narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub

Göyçayda narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub
# 02 fevral 2016 09:23 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda narkotik vasitələrin qanunsuz alqı-satqısı və saxlanılması ilə məşğul olan şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay sakini, 1989-cu il təvəllüdlü Qəhrəmanov Səxavət Rauf oğlu polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən çəkisi 9.01 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR