Samuxda avtomobil ağaca çırpılıb, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB - FOTO - VİDEO

Samuxda avtomobil ağaca çırpılıb, ölənlər və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 noyabr 2015 08:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Samux rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub. APA-nın məlumatına görə, “Daewoo” markalı avtomobilin yolun kənarında olan ağaca çırpılması nəticəsində, sürücü, 1988-ci il təvəllüdlü Nizami Məmmədov və Xatirə Atayeva hadisə yerində ölüblər.


Gəncə şəhər Məhsəti qəsəbə sakinləri - 1977-ci il təvəllüdlü Sabirə İsgəndərova, 1979-cu il təvəllüdlü İntizar Şəfiyeva və 1986-cı il təvəllüdlü Nahidə Atayeva isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.


***

10:11

Bakı. Hafiz Heydərov - APA. Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb. “Daewoo” markalı avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR