Loran Fabius: “Avropa İttifaqı bütün miqrantları qəbul edə bilməz”

Loran Fabius: “Avropa İttifaqı bütün miqrantları qəbul edə bilməz”
# 22 sentyabr 2015 09:27 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Artıq Avropa İttifaqının bütün iqtisadi miqrantları (iqtisadi çətinliklərlə əlaqədar ölkələrini tərk etmək məcburiyyətində qalanlar) qəbul edə bilməyəcəyini etiraf etməyin vaxtı çatıb”.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın xarici işlər naziri Loran Fabius “Le Soir” nəşrinə müsahibəsində deyib// O bildirib ki, Avropa İttifaqı daxili işlər nazirlərinin bu günə planlaşdırılan görüşündə əsas müzakirə mövzusu 120 min qaçqının üzv dövlətlər arasında kvota planına əsasən paylaşdırılması olacaq. Bununla yanaşı, L. Fabius Avropa İttifaqı tərəfindən təklif olunan, ərazisində hərbi münaqişələrin olmadığı “təhlükəsiz dövlətlər” siyahısının hazırlanması fikrini Fransanın dəstəklədiyini vurğulayıb. Belə ki, bu siyahıya birbaşa aid olan şəxslər avtomatik olaraq iqtisadi miqrantlar hesab ediləcək. “Qaçqın” statusu isə hərbi münaqişə zonalardan çıxan miqrantlara şamil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR