La Sapienza Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib

La Sapienza Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib
# 09 dekabr 2015 14:07 (UTC +04:00)

Bakı –APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İtaliyanın La Sapienza Universitetində Azərbaycan multikulturalizmi fənninin monitorinqini keçirib. Mərkəzdən APA-ya verilən məlumata görə, monitorinqi Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri Aytən Qəhrəmanlı aparıb.

İki gün davam edən monitorinqdə La Sapienza Universitetində Azərbaycan Multikulturalizmi fənnini tədris edən İrina Kunina “Azərbaycanda multikulturalizm:tarixi, mahiyyəti və əsas xüsusiyyətləri mövzusunda mühazirə keçib.

Aytən Qəhramanlı La Sapienza universitetində Azərbaycan multikulıturalizmi fənninin tədris edildiyi 15 tələbəyə “Azərbaycan cəmiyyətində etnik və etno-dini müxtəliflik” mövzusunda mühazirə oxuyub. Mühazirənin sonunda tələbələr Azərbaycan dili, Azərbaycan multikulturalizmi modeli və Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif suallar veriblər.

Qeyd olunub ki, Azərbaycan multikulturalizmi fənninin tədrisi və təbliği sahəsində İtaliyada səmərəli əlaqələr qurulub və İtaliyada Azərbaycanın əsrlərdən bəri formalaşan tolerantlıq mühitinə böyük maraq var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR