Çavuşoğlu: Yunanıstana qaçmış 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək

Çavuşoğlu: Yunanıstana qaçmış 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək
# 16 iyul 2016 17:41 (UTC +04:00)

Bakı-APA. Hərbi çevriliş cəhdində ittiham edilən və Yunanıstana qaçmış 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib.

O bildirib ki, Yunanıstanın xarici işlər naziri Nikos Koçiasla telefonla danışıb: "O, Yunanıstana qaçan 8 xainin tezliklə Türkiyəyə təhvil veriləcəyini söylədi".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR