AMEA-da struktur və kadr dəyişikliyi aparılıb

AMEA-da struktur və kadr dəyişikliyi aparılıb
# 21 sentyabr 2016 15:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı –APA. Azərbaycan Milli Elmlər Akademiyasında struktur və kadr dəyişikliyi edilib. APA-nın xəbərinə görə, AMEA-nın Rəyasət Heyətinin iclasında Biofizika İnstitutunun strukturu, Elm Tarixi İnstitutunun Elmi şurasının tərkibi təsdiq edilib, Tarix İnstitutunun strukturunda dəyişiklik olunub. İclasda AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın 80 illik yubileyinin keçirilməsi, Geologiya və Geofizika İnstitutunun əməkdaşı Fuad Əliyevin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda ezamiyyət müddətinin uzadılması, həmçinin filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması haqqında da qərarlar qəbul edilib.

Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə fizika-riyaziyyat üzrə elmlər doktoru Oktay Qasımov Biofizika İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR