Gədəbəydə iki avtomobil toqquşub

Gədəbəydə iki avtomobil toqquşub
# 16 sentyabr 2016 07:41 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəydə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Gərgər kəndi ərazisində “İsuzu” markalı yük avtomobili ilə “VAZ-2106” toqquşub.

Nəticədə VAZ-da olan sərnişin, 1984-cü il təvəllüdlü Rafiq Cəfərov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR