Göygöldə toy karvanında qəzada ölən və yaralananların adları məlum olub - YENİLƏNİB - FOTOSESSİYA

Göygöldə toy karvanında qəzada ölən və yaralananların adları məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 25 sentyabr 2016 16:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli –APA. Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında olan "VAZ 2107” markalı avtomobillə “Niva” markalı avtomobillin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, qəza zamanı “VAZ 2107” markalı avtomobilin sərnişini 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan digər sərnişinlər 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. “VAZ 2107” markalı avtomobilin sürücüsü Abdullayev İtiqam qəza zamanı xəsarət almayıb. “Niva” markalı avtomobilin sərnişinləri 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Kamil, o cümlədən sürücü 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***

saat 17.58

Gəncə. Azər Məmmədli –APA. Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb

Toy karvanında hərəkət edən VAZ 2107” markalı avtomob “Niva” markalı avtomobil ilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR