Nazir Ramin Quluzadə Şəmkirdə vətəndaşları qəbul edəcək

Nazir Ramin Quluzadə Şəmkirdə vətəndaşları qəbul edəcək
# 23 sentyabr 2016 07:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şəmkir şəhərində Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qəbul 30 sentyabr saat 15:00-da keçiriləcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmalıdırlar.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur:

Şəmkir rayonunda 02230 53049

Tovuz rayonunda 02231 53599

Ağstafa rayonunda 02222 52995

Qazax rayonunda 02229 50863

Gədəbəy rayonunda 02232 60004

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR