DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar gömrük idxal rüsumundan azad edilib

DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar gömrük idxal rüsumundan azad edilib
# 03 sentyabr 2016 00:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemlərinin gömrük idxal rüsumundan azad edilməsini nəzərdə tutur.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 3 (üç) il müddətində qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR