Ankara terrorunda ölənlər arasında “Qalatasaray”ın hücumçusunun atası da var

Ankara terrorunda ölənlər arasında “Qalatasaray”ın hücumçusunun atası da var
# 14 mart 2016 11:01 (UTC +04:00)

Bakı-APA. Türkiyənin “Qalatasaray” futbol komandasının hücumçusu Umud Buludun atası Kamal Bulud Ankarada törədilən partlayış nəticəsində ölüb.

APA-nın xəbərinə görə, K. Bulud dünən keçirilən “Gənclərbirliyi” - “Qalatasaray” oyununa baxmaq üçün Ankaraya gedibmiş. Partlayış o, oyundan sonra evinə qayıdarkən baş verib.

Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb. Hadisəni törədən şəxsin PKK terror təşkilatının üzvü, universitet tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.

O, partlayıcı qurğu yerləşdirilmiş oğurluq avtomobili avtobus dayanacağında partladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR