Səfirlik: Zəlzələ baş verən Kumamoto prefekturasında Azərbaycan vətəndaşı yoxdur

Səfirlik: Zəlzələ baş verən Kumamoto prefekturasında Azərbaycan vətəndaşı yoxdur
# 16 aprel 2016 08:02 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Yaponiyanın Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin “Twitter” səhifəsində məlumat verilib.

“Azərbaycan vətəndaşlarının nəzərinə! Kumamoto prefekturasında baş vermiş zəlzələlərlə əlaqədar əraziyə səfər etməyin. Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin məlumatına görə, Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 25-ə çatıb, 900-dən çox insan xəstəxanalara yerləşdirilib, dağıntılar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR