Tacikistan Ədliyyə Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir

Tacikistan Ədliyyə Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdədir
# 20 sentyabr 2016 17:08 (UTC +04:00)

Bakı-APA. Tacikistan Ədliyyə Nazirliyinin Cinayət cəzalarının icrası baş idarəsinin rəhbər işçiləri və həkimləri, habelə Səhiyyə Nazirliyinin, "Karitas Lüksemburq" və digər təşkilatların təmsilçilərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir. Azərbaycan Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Tacikistan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətində və Tibb baş idarəsində rəsmi görüşlər keçirilib, həmçinin qonaqlar üçün vərəmlə mübarizəyə dair 10 prezentasiya təqdim olunub.

Eyni zamanda, penitensiar müəssisələrdə vərəmə nəzarət proqramı ilə yaxından tanışlıq imkanı yaradılıb, o cümlədən İxtisaslaşdırılmış Müalicə Müəssisəsində, Bakı istintaq təcridxanasında və 1 saylı cəzaçəkmə müəssisəsində vərəmin aşkarlanması, laborator diaqnostikası və müalicəsi üzrə bir sıra tədbirlər nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR