Lənkəranda avtomobillərdən oğruluq edən şəxslər tutulub

Lənkəranda avtomobillərdən oğruluq edən şəxslər tutulub
# 02 avqust 2016 14:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda akkumlyator oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis kapitanı Pərviz Əsədzadə məlumat verib. Onun sözlərinə görə, polis şöbəsinə daxil olan müraciətlərdə yük maşınlarından akkumlyatorların naməlum şəxslər tərəfindən oğurlanaraq aparıldığı qeyd olunub.

Həmin müraciətlərə əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yük maşınlarından oğurluqda şübhəli bilinən rayonun Yuxarı Nüvədi kənd sakinləri, 1993-cü il təvəllüdlü Məqsəd Seyidmurad oğlu Beyçayev və 1994-cü il təvəllüdlü Elmin Sulduz oğlu Mustafayev isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Araşdırmalar zamanı saxlanılan şəxslərin qısa müddət ərzində müəssisələrə və ayrı-ayrı fiziki şəxslərə məxsus yük maşınlarından akkumlyatorları oğurlamaqla, həmin nəqliyyat vasitələrinin sahiblərinə ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurduqları məlum olub.

M.Beyçayev və E.Mustafayev barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR