Səfir: “Azərbaycan Rusiya ilə OPEC arasında danışıqların müvəffəqiyyətlə başa çatmasında maraqlıdır”

Səfir: “Azərbaycan Rusiya ilə OPEC arasında danışıqların müvəffəqiyyətlə başa çatmasında maraqlıdır”
# 02 fevral 2016 01:08 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Rusiya ilə Neft İxracatçı Ölkələri Təşkilatı (OPEC) arasında neft hasilatına dair danışıqların müvəffəqiyyətlə başa çatmasında maraqlıdır.

APA-nın məlumatına görə, bu barədə “Sputnik”-ə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.

“Biz neft qiymətlərinin yüksəlməsini istəyirik. Bu bizim marağımızdadır. Əgər Rusiya və OPEC bununla bağlı hər hansı nəticə əldə etsələr, çox yaxşı olar”, deyə E.Süleymanov vurğulayıb.

Bundan əvvəl Rusiyanın Energetika naziri Aleksandr Novak bildirmişdi ki, OPEC-in fevralda nəzərdə tutulan toplantısında neft hasilatının 5% civarında aşağı salınması məsələsi müzakirəyə çıxarıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR