Mutko: “Azərbaycanla idman sahəsində fəal əməkdaşlıq edirik”

Mutko: “Azərbaycanla idman sahəsində fəal əməkdaşlıq edirik”
# 25 dekabr 2015 14:44 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Bizim Azərbaycanla yaxşı münasibətlərimiz var. Biz idman nazirləri səviyyəsində fəal əməkdaşlıq edirik, çoxlu birgə layihələrimiz mövcuddur”.

APA-nın xəbərinə görə, bunu Rusiyanın idman naziri Vitali Mutko “Vestnik Kavkaza” nəşrinin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarını Olimpiada səviyyəsində təşkil etmişdi: “Azərbaycanın təşkil etdiyi oyunlar yüksək standartlara malik idi. Düşünürəm ki, məhz bu səbəbdən Avropa Oyunlarına ev sahibliyi etmək üçün müraciətlər yoxdur. Hər şeyin necə yüksək səviyyədə təşkil olunduğu göz qabağında idi. Bunu təkrarlamaq çox çətindir. Bu gün oyunları bu səviyyədə ancaq Rusiya, ABŞ, Çin və bir neçə başqa dövlət təşkil edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR