İmişli sakini özünü güllələyib - YENİLƏNİB

İmişli sakini özünü güllələyib - <span style="color: red;">YENİLƏNİB
# 11 mart 2016 15:18 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı – APA. Salyanda baş verən silahlı insidentin bəzi detalları məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisənin intihar olduğu məlum olub. Belə ki, İmişli rayon sakini Təbəssüm Cəfərov qohumlarının gözü qarşısında özünü güllələyib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Saat 17:48

Salyan. Əlibəy Zeynallı - APA. İmişli sakini özünü güllələyib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün 17.00 radələrində Salyan rayonunda qeydə alınıb. İmişli rayon sakini 1989-cu il təvəllüdlü Cəfərov Təbəssüm Tahir oğlu əlindəki odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Hadisənin qəsd və ya ehtiyatsızlıq olması araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR