"Baku Steel Company" İrana sərmayə yatırır

"Baku Steel Company" İrana sərmayə yatırır
# 18 iyul 2016 10:29 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. "Baku Steel Company" şirkəti İrana sərmayə yatırır.

Bunu APA-nın İran bürosuna açıqlamasında İranın sənət, mədən və ticarət nazirinin müavini və ölkənin sənaye və mədənlərin yenidənqurması və inkişafı təşkilatının sədri Mehdi Karbasiyan bildirib.

M.Karbasiyanın sözlərinə görə, şirkətin nümayəndələri bir müddət öncə İranda səfərdə olublar və faydalı müzakirələr aparıblar.

“Hazırda ikitərəfli əlaqələrin inkişafı və investisiyanın yatırılması ilə bağlı hazırlıq işləri görülür. "Baku Steel Company" tez bir zamanda qərarını bizə açıqlayacaq və ümid edirəm tezliklə bu əməkdaşlıq baş tutacaq”, - deyə nazir müavini qeyd edib.

O vurğulayıb ki, bu gün İran və Azərbaycan arasında əlaqələr ən yaxşı səviyyədədir və bu əlaqələr yeni layihələrlə daha da inkişaf edəcək: “İran və Azərbaycan arasında mədən və sənət sahəsində təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb və ümid edirəm tezliklə bunun icrasına başlanılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR