"Vərəmlə mübarizə haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb

"Vərəmlə mübarizə haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb
# 03 mart 2016 11:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanunun 9-cu maddəsinə əlavə edilən bəndə əsasən vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-fitiziatrlar, digər mütəxəssislər və işçilər əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq icbari qaydada sığorta edilir”.

Bildirilib ki, bununla da vərəmlə mübarizə üzrə tibb müəssisələrində çalışanlar icbari qaydada sığorta olunacaqlar.


Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR