Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb

Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb
# 01 dekabr 2015 08:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cari ilin avqust ayının 20-də Bakı şəhər sakini İlahə Abbasovanın etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə 6500 manat alıb qaytarmamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü İradə Cəfərova tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR