Bakı. Musa Əhmədov - APA-Economics. “Amrahbank” ASC-nin rəhbərliyində kadr dəyişikliyi olub.
“APA-Economics”in məlumatına görə, bankın Müşahidə Şurasının sədr müavini Aabed Al-Zeera vəzifəsi ilə vidalaşıb.
Bu vəzifəyə Subhi Benxadra təyin edilib.
Qeyd edək ki, Subhi Benxadra "Amrahbank"ın səhmlərinin 45,84%-lik hissəsinə sahib olan Beynəlxalq İnvestisiya Bankının (BİB) icraçı direktorudur.