Bakıda zərgər bıçaqlanıb

Bakıda zərgər bıçaqlanıb
# 29 fevral 2016 23:33 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, Asif Məhərrəmov küçəsi 68 ünvanında yaşayan 27 yaşlı Nəbibəyli Fuad Vüqar oğlu bıçaqlanıb.

Naməlum şəxs Fuad Nəbibəylini yaşadığı binanın həyətindəki avtomobil dayanacağında bıçaqlayıb. Yaralı özü taksiyə əyləşərək xəstəxanaya gəlib. O, dərhal əməliyyat olunub. Həkimlər yaralıda bir bıçaq xəsarətinin olduğunu bildiriblər.

Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə məlumat verilib. Zərgərliklə məşğul olan Fuad Nəbibəyli polisə onu bıçaqlayan şəxsi tanımadığını bildirib.

Lakin Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat nəticəsində hadisənin törədənin kimliyini müəyyən ediblər. Həmin şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR