Yığmamızın üzvü “Sportinq”in heyətində “Qızıl liqa”nın mükafatını qazanıb

Yığmamızın üzvü “Sportinq”in heyətində “Qızıl liqa”nın mükafatını qazanıb
# 22 dekabr 2015 13:30 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin cüdoçusu Rüstəm Orucov ilin son yarışını da mükafatla başa vurub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Portuqaliyanın “Sportinq” klubunun heyətində Vyanada keçirilən “Qızıl liqa” turnirinin bürünc medalına sahib olub.

Avropanın ən güclü klublarını bir araya gətirən komanda yarışında “Sportinq” klubu öncə Rusiyanın “Dinamo Alanye” kollektivini məğlub edib – 4:1. Ancaq yarımfinalda Gürcüstanın “Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə məğlub olub. Portuqaliya təmsilçisi 3-cü yer uğrunda görüşdə ev sahiblərinə – “Galaxy Tigers Vienna” klubuna 4:1 hesabı ilə qalib gəlib.

Beləliklə, Orucov şəxsi mükafatlarına “Sportinq”in heyətində qazandığı bürünc medalı da əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR