ABŞ-ın Florida ştatında "Zika" virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Florida ştatında "Zika" virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
# 03 fevral 2016 22:54 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Florida ştatının 4 dairəsində "Zika" virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Florida ştatının qubernatoru Rik Skott bəyan edib.

Qeyd olunur ki, Florida ştatında bu günədək "Zika" virusuna 9 yoluxma halı qeydə alınıb. Həkimlərin rəyinə görə, xəstələnən insanlar virusa xaricdə səfərdə olduqları zaman yoluxublar.

Xatırladaq ki, "Zika" virusuna ilk yoluxma faktı ötən il Braziliyada qeydə alınıb. Hazırda virus dünyanın 20-dən çox ölkəsində yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR