Bütün DSK-lar seçkilərlə əlaqədar protokolların 1-ci nüsxəsini MSK-ya təqdim edib

Bütün DSK-lar seçkilərlə əlaqədar protokolların 1-ci nüsxəsini MSK-ya təqdim edib
# 04 noyabr 2015 09:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar 125 dairə seçki komissiyası (DSK) seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, protokolların tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması prosesini başa çatdırıblar.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinə əsasən DSK-lar seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, DSK-ların protokollarının tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə MSK-ya təqdim olunması prosesini səsvermə günündən ən geci 2 gün keçənədək başa çatdırmalıdırlar.

Milli Məclisə seçkilərlə əlaqədar DSK-lar bu prosesi noyabrın 3-dən gec olmayaraq, səsvermə günündən sonra 48 saat ərzində başa çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR