Çində yük maşını minik avtomobilinin üstünə aşıb, 7 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Çində yük maşını minik avtomobilinin üstünə aşıb, 7 nəfər ölüb, 4 nəfər xəsarət alıb
# 09 yanvar 2016 04:36 (UTC +04:00)

Bakı-APA. Çində dəhşətli yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Laybin şəhəri yaxınlığında qeydə alınlb.

Belə ki, yük maşınının minik avtomobilinin üstünə aşması nəticəsində 7 nəfər hadisə yerində ölüb. Minik avtomobilində olan daha 4 sərnişindən ikisi ağır, digər ikisi isə yüngül yaralanıb.

Hazırda polis hadisənin başvermə səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR