Ağsuda qəbiristanlıqda bıçaqlanma olub

Ağsuda qəbiristanlıqda bıçaqlanma olub
# 14 mart 2016 08:55 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Pirhəsənli kəndinin qəbiristanlığında qeydə alınıb. Kənd sakini 1994-cü il təvəllüdlü Abışov Rövşən Əzim oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Elabad kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədov İlkin Habil oğlunu bıçaqlayıb. Kürək nahiyəsindən 3 bıçaq xəsarəti alan İlkin Məmmədov təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralı ilkin tibbi yardım göstərildikdən sonra müalicə üçün təcili olaraq Bakıya aparılıb.

O, Bakıdakı xəstəxanalardan birində əməliyyat olunub və hazırda vəziyyəti orta-ağırdır.

Hadisəni törədən Rövşən Abışov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR